Goranboyda keçirilən toy məclisində qonaqlardan biri vəfat edib.
Musavat.com unikal.org-a istinadən xəbər verir ki, hadisə Dəliməmmədli kəndində baş verib.
Toy məclisində halı pisləşən 1970-ci il təvəllüdlü rayon sakini Lalə Nuru qızı Məmmədovaya yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.