Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Araşdırma aparılır.
Qeyd edək ki, öldürülən şəxs TikTok-un aktiv istifadəçisi olub.
O, həmin sosial şəbəkədə daha çox "azəri canavar” adı ilə tanınıb.