Azərbaycanda telefon işığında final oyunu keçirildi - FOTO

Futbol üzrə Zərdab çempionatı qeyri-adi formada başa çatıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilən görüntülərə əsasən, penaltilərə qədər uzanan yarışın final matçı qaranlıqda keçirilib

Buna səbəb isə stadionda işıqlandırma sisteminin olmamasıdır.

Qeyd edək ki, Gəndəbil - Gödəkqobu matçının penaltilər seriyası telefon işıqları altında baş tutub.

08.06.2022 09:35
1456