Azərbaycanda tələbə vəfat etdi - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Bildirilib ki, o, universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası"nın 4-cü tədris ilinin tələbəsi olub.

15.05.2024 11:16
745