Azərbaycanda təcili yardım avtomobili qəzaya düşüb

Beyləqan rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə zamanı sürücü, 1996-cı il təvəllüdlü Azadlı Məhərrəm Əli oğlu xəsarət alıb.

Yaralı digər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sağ baldır nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

06.04.2023 10:25
576