Azərbaycan musiqisinə ağır itki üz verib.
BAKU.WS-in məlumatına görə, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib.
O, 75 yaşında infarktdan dünyasını dəyişib.
Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, M
ədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsini bitirib.
Zəbulla Quliyev dahi sənətkar Xan Şuşinskinin ilk tələbəsi olub.