Azərbaycanda tanınmış müğənninin anası FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.

02.01.2024 20:20
2215