Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Musavat.com xəbər verir ki, bu barədə "Mouze" "Telegram" kanalı məlumat yayıb.
""Müsəlman Birliyi Hərəkatı"nın himnini yazan, özünü əhli-beyt şairi və məddah adlandıran Kamran Fərat (Kamran Kərimov) saxlanılıb. Onun İranın casus şəbəkəsinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində saxlanıldığı bildirilir", - məlumatda deyilir.