Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldürülməsinin səs-küyü yatmamış daha bir dəhşətli hadisə baş verib. Bu dəfə Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi və müəllimi kriminal əməlləri ilə gündəmə gəliblər.
Musavat.com Bakupost.az-a istinadən bildirir ki, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.
Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxladıq. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra bizimlə əlaqə saxlayacağını qeyd etdi.
Sumqayıt Polis İdarəsindən məşqçinin saxlanıldığını təsdiqləyiblər.
Hadisənin detalları barədə əlavə məlumat verəcəyik...
Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.