Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib.
Tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib.
Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.
Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır.
Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir.
Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb. (manset.az)
Fotoda Əvəz Şükürov
Fotoda Rəmzi Şükürov