Azərbaycanda ŞOK OLAY: Ova getdi, özü qurban oldu - VİDEO

Ova gedən gənc ehtiyatsızlıqdan özünü güllələyib.

Bədbəxt hadisə Tovuzda, Böyük Qışlaq inzibati ərazi dairəsinə tabe olan Səfərli kəndindəki meşəlik ərazidə baş verib. 26 yaşlı Turan Rüstəmov həmkəndliləri ilə dovşan ovuna gedib. Orada qəfildən Turanın öz əlindəki tüfəngdən atəş açılıb.

Turan Rüstəmov ürəyindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

22.10.2023 16:29
972