Azərbaycanda ŞOK: Ana 4 uşağı ilə birgə yoxa çıxdı

Abşeronda ana 4 uşağı ilə birgə itkin düşüb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, rayonun Saray qəsəbə sakini S.Fərəcova övladları 7 yaşlı Vaqif, 10 yaşlı Mahmud, 5 yaşlı Nihad və 5 yaşlı Nurayla birlikdə yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıblar.

Hadisə ilə bağlı Abşeron polisinə məlumat daxil olub.

Hazırda onların axtarışları həyata keçirilir.

04.05.2023 18:55
838