Azərbaycanda şəhid ailəsinin evinə BASQIN EDİLDİ

Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, naməlum şəxs axşam saat 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib.

Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi "KamAZ" markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.

13.07.2024 08:26
1234