Neftçalada iki motosiklet toqquşub, xəsarət alanlar var.
Musavat.com xəbər verir ki, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində rayon sakini, 1995-ci il təvəllüdlü Nəzərov Elməddin Nəsimi oğlu və şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
E.Nəzərov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıya isə ilk tibbi yardım göstərilib.
Musavat.com