Azərbaycanda seçki məntəqəsinin sədri vəfat etdi - FOTO

Mingəçevirdə seçki məntəqəsinin sədri dünyasını dəyişib.

Hadisə günorta saatlarında 33 saylı seçki məntəqəsində baş verib.

Məntəqə sədri və 14 saylı Körpələr Evi Uşaq Bağçasının direktoru 1961-ci il təvəllüdlü Əsgərova Kəmalə Məmməd qızının ürək tutmasından halı qəfil pisləşib.

Bütün cəhdlərə baxmayaraq bir müddət sonra o keçinib.//Unikal

07.02.2024 17:57
2819