Azərbaycanda şagird məktəbdə intihar etdi

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

Musavat.com-un Lent.az-a istinadən məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

04.10.2022 12:25
1487