Sabiq deputat Ərəstun Cavadov vəfat edib.
Musavat.com xəbər verir ki, Ə.Cavadov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ərəstun Cavadov 87 saylı Ağsu-İsmayıllı dairəsindən Milli Məclisin III və IV çağırış deputatı olub. O, həmçinin uzun müddət Bakıda fəaliyyət göstərən Mərkəzi Univermağın rəhbəri olub.