Azərbaycanda quzu ətinin qiyməti 20 manat oldu

Azərbaycanda quzu əti bahalaşıb.

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı və rayonlarda quzu ətinin bir kiloqramı 20 manata təklif olunur.

Bir neçə gün öncə isə quzu ətinin qiyməti 16-17 manat arası dəyişirdi.

Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.

07.01.2024 12:36
1552