2024-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 24,1 min baş iribuynuzlu mal-qara, 15,8 min baş qoyun və keçi mövcud olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 7 min baş iribuynuzlu mal-qara, 5,4 min baş qoyun və keçi satıblar.
2023-cü ildə 194,4 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb. (İqtisadiyyat.az)