Azərbaycanda qorxunc olay: zirzəmidə çürümüş meyit tapıldı

Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.

Hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)

17.02.2024 09:45
869