Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Elmar Əsgərov hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Samuxda qəzada ölən şəxs sabiq polis əməkdaşı olub.
APA-nın məlumatına görə, minik maşının hasara çırpılması zamanı dünyasını dəyişən Elmar Əsgərov Samux Rayon Polis Şöbəsində çalışıbmış. O, bir müddət əvvəl təqaüdə çıxıb.