Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklifləri edilir.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olublar.
Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir.
Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə "Facebook" və digər sosial şəbəkələr üzərindən tapır.
Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var.
Ətraflı süjetdə: