Azərbaycanda qadının evinə qumbara atılıb

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

13.12.2022 14:26
773