Azərbaycanda qadın sürücü "parkovşik"i döydü -VİDEO

Sumqayıtda parklanma nəzarətçisi döyülüb.

Lent.az xəbər verir ki, hadisə aprelin 5-i "Karvan" ticarət mərkəzinin qarşısında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən qadın sürücü avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini döyüb.

Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb.

Hüquq-müahfizə orqanlarından Lent.az-a bildirilib ki, hadisə ilə əlaqədar həmin nəzarətçi polisə dəvət olunacaq. Əgər o, şikayətçi olarsa həmin qadın da polisə dəvət olunacaq və barəsində müvafiq tədbir görüləcək.

06.04.2022 12:57
1949