Azərbaycanda qadın lotereya biletlərini oğurladı

Mingəçevirdə lotereya biletləri oğurlanıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə şəhər sakini olan satıcı polisə müraciətində bildirib. O, polisə müraciətində lotereyaların oğurlandığını deyib.

Daxil olan müraciət əsasında Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tədbir görməyə başlayıblar. Nəticədə lotereya oğrusunun kimliyi müəyyən olunub. Məlum olub ki, oğurluq edən şəxs 51 yaşlı şəhər sakini E.Yusifovadır.

Belə ki, qadın əvvəlcə piştaxtaya alıcı kimi yaxınlaşıb. Bu zaman satıcının fikrinin yayınmasından istifadə edərək, lotereya biletlərini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

05.06.2024 15:18
642