Azərbaycanda qadın eltisi tərəfindən BIÇAQLANDI

Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

06.11.2024 10:40
1560