Azərbaycanda polkovnik məhkəməyə VERİLDİ - FOTO

Təqaüddə olan polkovnik məhkəməyə verilib.

Musavat.com-un “Unikal”a istinadən məlumatına görə, Rasim Əli oğlu İldırım mülki hüquq pozuntuları ilə əlaqədar Məmmədov Bəhruz Əfruz oğlu tərəfindən məhkəməyə verilib.

Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, Rasim İldırım Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir. 

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digər qardaşı isə ləğv olunmuş “Əmrah” Bankın təsisçisi Yunus İldırımzadədir. 

Rasim İldırım əsasən Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi videogörüntü ilə gündəmə gəlmişdi.

17.03.2024 19:22
1305