Azərbaycanda polis mayoru idarəetməni itirib maşını aşırdı:Vəziyyəti ağırdır

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi "Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın aşıb, sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Q.Qasımov polis mayorudur. O, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.

08.06.2022 09:45
724