Azərbaycanda polis bu səbəbdən VƏFAT ETDİ

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
 
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.
 
Araşdırma aparılır.
 
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
25.05.2023 09:13
1234