Azərbaycanda pensiyalar bu qədər artırılacaq - RƏSMİ
Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik.
Musavat.com Apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.