Azərbaycanda pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR

"2023-cü ildə sosial paket daha da dərinləşəcək. Bu ilin yanvar ayında qəbul edilmiş sərəncam və fərmanlar göstərir ki, il ərzində sosial istiqamətdə daha çox ayrılmalar müşahidə edəcəyik".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, cari ildə dövlət büdcəsindən sosial istiqamətə 15,3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, ümumi büdcə xərclərinin 46 faizidir. Ötən illərlə müqayisədə 2023-cü ildə sosial istiqamətə daha çox vəsaitin ayrılması müşahidə olunacaq:

"Pensiya və əmək haqlarında artımlar var və bundan sonra da davam edəcək. Pensiyalar ümumilikdə 15 faiz indeksasiya olunacaq. Bu, bütün əmək pensiyalarının artmasına imkan verəcək. Əvvəlki illərdən fərqli olaraq bu il 90 min vətəndaşın pensiyasında da artımlar olacaq.

Özəl sektorda əmək haqqları ilə bağlı qərarların qəbul edilməsi müstəqildir. Lakin özəl sektorda minimum əmək haqqı artırılacaq. Çünki minimum əmək haqqı 345 manatdan az ola bilməz.

Hesab edirəm ki, özəl sektorda məvaciblərin artmasının təşviqi üçün sosial ödənişlərdə güzəştlər tətbiq olunsun.

Sosial ayırmaların bir çox ölkələrdə olduğu kimi 20 faiz müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Bu, sahibkarların xərclərinin azalmasına və onlar tərəfindən ödənilən vəsaitin həcminin aşağı düşməsinə gətirib çıxarar. Eyni zamanda özəl sektorun güzəştli kreditlərə çıxış imkanı artırılmalıdır ki, bu da əmək haqqlarının artmasına səbəb ola bilər".

23.01.2023 18:20
13794