"Azərbaycanda bu il pensiya artımı olmayacaq".
Bunu iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, artımlar qaydalara əsasən, ilin əvvəlində olur:
"Pensiya artımı qaydaları var, hər ilin əvvəli ötən ilin orta aylıq əməkhaqqına uyğun olaraq pensiyalar artırılır. Ona görə də, bu il üçün artım nəzərdə tutulmur. Lakin gələn il pensiyalar artırılacaq".
İqtisadçı həmçinin çörək qiymətlərindəki vəziyyətə də toxunub:
"Çörəyin qiymətinə gəldikdə, dünya bazarında taxılın qiymətinin ucuzlaşması davam edir və öz pik qiymətlərindən çox uzaqlaşıb. Bu baxımdan biz çörək qiymətlərində azalma gözləyirik, nəinki bahalaşma. Çörəyin qiymətləri dünya bazar qiymətlərindən asılıdır. Ona görə də, unun qiymətlərində ucuzlaşma olduqca, çörəyin də qiyməti düşəcək. Lakin bu, ciddi azalma olmayacaq". (Mətbuat.az)