Ordubad rayon Azadkənd tam orta məktəbinin müəllimi Validə Sevdimaliyeva qəfil vəfat edib.
Bu barədə Ordubad Rayon Təhsil Şöbəsi məlumat yayıb.
O, 58 yaşında dünyasını dəyişib.
Bildirilib ki, 2002-ci ildən pedaqoji fəaliyyətə başlayan Validə Sevdimaliyeva ötən günədək həmin məktəbdə çalışıb.