Bir sıra saytlarda son illərədək Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışmış Fərman Nağdəliyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Manset.az xəbər portalı ilə əlaqə saxlayan Fərman Nağdəliyevin bacısı oğlu Akif Eminov yayılan məlumatın yalan olduğunu bildirib:
"Mənim dayım sağdır, hazırda yanımda oturub. Əslində isə dünyasını dəyişən digər bir vəzifəli şəxsin qohumudur. Məlumat yayılıb, eşidən yaxınlar narahat olub. Həmin məlumatı yazan şəxsdən də xahiş edirik ki, məlumatı silsinlər".