Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...

Ötən il Azərbaycanda pornoqrafik materialları və əşyaları qanunsuz yayan 5 nəfər saxlanılıb.

“Report”un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər üzrə saxlanılan şəxslərdən 23 nəfər əxlaqsızlıq yuvaları saxlamaqda, 70 nəfər isə fahişəliyə cəlb etməkdə təqsirli bilinib.

Sənəddə, həmçinin vurğulanıb ki, Azərbaycanda 2005-2023-cü illər ərzində İnsan alveri cinayətlərinə görə 636 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 541 nəfəri qadın, 95 nəfəri isə kişi olub.

17.05.2024 11:40
1484