Azərbaycanda OLAY: Arvadına sataşanı GÜLLƏLƏDİ

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Dadaş Quluzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com Pravda.az-a istinadla bildirir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 20 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Tərtər rayonu, Köçərli kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Dadaş Quluzadə həmkəndlisi, zərərçəkmiş Nəsimi Kərəmovun (şərti) üç il əvvəl həyat yoldaşına əxlaqsız təklif edərək ona sataşmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə odlu ov silahını əlində saxlayıb, yaşadıqları evin həyətində darvazanın arxasında dayanaraq gözləyib. Bu zaman zərərçəkmiş şəxs küçə ilə gedib və o, qapısını açaraq küçəyə çıxıb. Dadaş onu həyətinə dəvət edib. Nəsimi isə onun təklifini qəbul etməyib. Sonra o, silahı zərərçəkmiş şəxsin ayağına doğruldaraq sol ayağından bir dəfə atəş açaraq ona ağır bədən xəsarəti yetirib.

Hadisədən sonra Dadaş Quluzadə cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

02.04.2024 12:51
1581