Azərbaycanda oğlan danışdığı qızın çılpaq şəkillərini onun bacısının ərinə göndərdi - Çəpərin yanında...

Kürdəmir rayonunda 2002-ci il təvəllüdlü Ruslan 2004-cü il təvəllüdlü həmkəndlisi Hicranın (adlar şərti verilib - red.) intim fotolarını yaymaqda ittiham edilib.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, Kürdəmir rayon sakini Ruslan 2021-ci ilin sonlarında "WhatsApp" vasitəsilə Hicranla video-zəng formasında danışarkən onun məlumatı və razılığı olmadan çılpaq vəziyyətdə intim görüntülərini mobil telefonunda qeydə alıb.

2021-ci il dekabrın sonlarında kənddə qohumu Sərxanla görüşdüyü vaxt videoları "WhatsApp"da ona göndərib. Dekabrın sonlarında həmkəndlisi Vüsalla bağda mal otaran zaman videoları ona göstərib. Evə getdikdən sonra isə videoları "WhatsApp"da Vüsala göndərib.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Hicranı həmkəndlisi kimi tanıyıb:

"Hicrangilin evləri bizim evimizdən iki küçə aralıdadır. Onun bir müddət əmim nəvəsi Sərxanla sevgi münasibətlərində olması barədə eşitmişdim.

2021-ci ilin avqust ayından 2022-ci ilin fevral-mart aylarına qədər Gəncə şəhərində zavodda qaynaqçı kimi işləmişəm. 2022-ci ilin may ayına kimi Zəngilan rayonunda yenidənqurma işlərində fəhlə kimi çalışmışam. May ayında isə yaşadığım kəndə qayıtmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin noyabr və dekabr aylarının sonlarında bir neçə gün yaşadığı kənddə qalıb:

"Noyabrda Sərxandan Hicranın mobil nömrəsini götürüb "WhatsApp"da mesaj yazdım, onunla tanış oldum. Bir müddət danışdıqdan sonra münasibətlərimiz daha da yaxşılaşdı. Onunla həm səsli, həm də görüntülü söhbət etdik. Aramız səmimi olduğundan arabir çılpaq şəkillərimi ona göndərdim.

Hicran da çılpaq vəziyyətdə olduğu vaxt görüntülü zəng formasında danışaraq mənimlə virtual intim münasibətdə oldu.

Danışdığımız müddət ərzində bir neçə dəfə Hicrangildə heç kim olmayanda çəpərin yanında onunla görüşərək sevişmişəm, öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin sonlarında Hicranla görüntülü zəng formasında danışdıqları vaxt çılpaq vəziyyətdə bədənini ona göstərərkən özünə məxsus mobil smartfon vasitəsilə bir neçə dəfə qeydə alıb:

"Həmin videoları telefonumda saxladım. Videolar barəsində əmim nəvəsi Sərxana da danışdım. Təxminən 2021-ci il dekabrın sonlarında yaşadığım kənddə Sərxanla görüşdük. Yeyib-içərkən Sərxan Hicranın intim görüntülərini əks etdirən videoları ona göndərməyimi xahiş etdi. Mən də onun xahişini yerinə yetirdim".

Ruslan qeyd edib ki, bir neçə gün sonra, təxminən 2021-ci il dekabrın sonlarında həmkəndlisi Vüsalla mal otaran zaman Hicranın çılpaq vəziyyətdə görüntülərini qeydə aldığını bildirib:

"Videolardan birini ona göstərdim. O da videonu göndərməyimi xahiş etdi. Axşam evə gedərkən videonu Vüsala yolladım.

Təxminən 2022-ci ilin fevralında Hicran zəng edərək videonu niyə bacısının əri Vüsala göndərdiyimi soruşdu. Videonu Pərvizə göndərdiyimi, həmin videonu da onun telefonundan Pərvizin götürdüyünü dedim.

Buna görə Hicran bir neçə gün mənimlə danışmadı. Lakin sonradan yenə danışmağa başladıq. Bu söhbət zamanı Hicrana videoları Vüsala özümün göndərdiyimi etiraf etdim".

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ildə Hicranın böyük bacısının qaynı Vüqar ona zəng edib və onu təhqir etməklə Hicranın intim videosunu niyə kənddə yaydığını soruşub: "Vüqara heç nə demədən telefonu söndürdüm. Təxminən 20 dəqiqə sonra Hicranın atası Əli atama zəng etdi və onu evlərinə çağıraraq söhbət etdi. Axşam Hicranın vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını eşitdim.

Hicranın həmin videoları qeydə almağımdan və Vüsala göndərməyimdən 2022-ci ilin fevral ayında xəbəri olub. Atasının bundan xəbər tutması ona pis təsir edib. Hicranın bu məsələyə görə özünü öldürmək istəməsini düşünmürəm. Çünki heç vaxt onunla amansız rəftar etməmişəm, ona hədə-qorxu gəlməmişəm.

Hicranın intim görüntülərini əks etdirən videoları ilk dəfə dostum Sərxana, daha sonra həmkəndlim Vüsala göndərmişəm. Videoları başqa heç kimə göndərməmişəm.

Hicranla çılpaq vəziyyətdə danışarkən onun görüntülərini qeydə almağımdan xəbəri olmayıb. Videoları yaymaqda başqa niyyət güdməmişəm".

İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, təqsirləndirilən Ruslanı həmkəndlisi kimi tanıyıb, Ruslangilin evləri onların evindən iki küçə aralıda yerləşir:

"Təxminən 2021-ci ilin noyabında Ruslan "WhatsApp"da mesaj yazaraq mənimlə tanış olmaq istədi. Xoşum gəlmədiyi üçün onu bloka ataraq yazışmanı davam etdirmədim.

Təxminən bir neçə saat sonra Ruslan başqa nömrədən yenidən yazaraq onu niyə bloka atdığımı soruşdu, blokdan çıxarmağımı istədi və mənə bir söz deyəcəyini bildirdi. Ona danışmaq istəmədiyimi dedim.

Ruslan məni sevdiyini dedi. Ona rədd cavabı verdim. Axşam saatlarında bizə qonaqlar gəldi. Ruslan yenidən yazaraq bizə elçi gəlib-gəlmədiyini soruşdu. Mən də onu özümdən uzaqlaşdırmaq üçün elçi gəldiyini bildirdim.

Ruslan bir müddət gözləməyi, məni alacağını bildirdi. Yenidən rədd cavabı verərək ona mesaj yazmadım".

Hicran qeyd edib ki, səhəri gün Ruslan yenidən mesaj yazaraq onu istədiyini, elçilərə rədd cavabı verməsini tələb edib:

"Bundan sonra mənə kənddən kim elçi gəlsə, Ruslan həmin adamları taparaq onlarla dalaşıb mənim başqası ilə evlənməyə imkan vermədi.

Ruslanın bu hərəkətlərindən sonra məni həqiqətən istədiyinə, sevdiyinə inandım, onunla danışmağa başladım. Həm səsli, həm də görüntülü danışdıq. Aramız səmimi olduğundan məndən çılpaq şəkillərimi göndərməyimi istədi. Mən də inanaraq çılpaq şəkillərimi Ruslana göndərdim.

Həmçinin çılpaq vəziyyətdə görüntülü zəng formasında danışaraq onunla virtual intim münasibətdə oldum. Danışdığımız müddət ərzində 3-4 dəfə müxtəlif vaxtlarda evimizdə heç kim olmayanda həyətimizdəki çəpərin yanında Ruslanla görüşərək sevişdik. Hər dəfəsində öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə oldum".

Zərərçəkmiş deyib ki, 14 fevral 2022-ci ildə Ruslan çılpaq vəziyyətdə olduğu zaman qeydə aldığı video görüntünü bacısı Sənəmin əri Vüsala göndərib:

"Ruslanla görüntülü danışarkən onun danışıqlarımızı qeydə aldığını bilməmişəm. Fevralın 14-də bacım zəng edərək Ruslanın videomu Vüsala göndərdiyini, bunun nə məsələ olduğunu soruşdu. Mən də bacıma Ruslanla danışdığımı, lakin görüntünü qeydə aldığından xəbərimin olmadığını bildirdim.

Bu barədə Ruslana yazaraq videonu niyə Vüsala göndərdiyini soruşdum. Ruslan videonu özünün göndərmədiyini, videodan təkcə dostu Pərvizin məlumatı olduğunu bildirdi. Bu barədə bacım Sənəm anama da məlumat verdi. Lakin atamdan qorxduğumdan ona heç nə demədik.

Anam bacımın qayınanasına bu barədə məlumat verərək onu Ruslanın ailəsi ilə danışmağa göndərdi.

Bacımın qayınanası Ruslanın evinə getdi, atasına bu barədə məlumat verdi. Ruslanın atası oğlunu başa saldığını, videonu sildirdiyini bildirdi".

Hicranın sözlərinə görə, bu hadisədən sonra Ruslanın nömrəsini yenidən bloka atıb və onunla əlaqəni kəsib: "Təxminən 1 həftə sonra Ruslan başqa bir nömrə ilə yenidən mənə yazaraq səhv etdiyini, videonu özünün göndərdiyini, onu bağışlamağımı istədi. Ruslanla dalaşaraq nömrəsini telefonundan sildim, öz nömrəmi də sındıraraq atdım. Mobil nömrə istifadə etmədim. Ruslanla heç bir əlaqəm olmadı".

Zərərçəkmiş qeyd edib ki, digər bacısı Xumarın əri Cəlil onlara gələrək çılpaq vəziyyətdə danışdığı videosunu ona bir nəfərin göndərdiyini bildirib: "Videonu anama, atama göstərdi. Atam Ruslanın atasına zəng etdi, bu videonun nə olduğunu, kimin yaydığını soruşdu. Ruslanın atası həmin videonu sildirdiyini, videonu oğlunun yox, qohumu Pərvizin yaydığını bildirdi.

Bundan sonra özümü itirərək evdə başımı divarlara vurmağa başladım. İntihar məqsədi ilə evdən çıxaraq Kür çayına doğru qaçdım. Bacım və valideynlərim arxadan gələrək məni tutdular, evə apardılar. Bundan sonra məni xəstəxanaya gətirdilər. Şərəf və ləyaqətimin alçaldılması səbəbindən rayon prokurorluğuna şikayət etdim".

Hicranın ifadəsinə görə, intim görüntülərinin kənddə yayılması səbəbindən özünü öldürmək istəyib:

"Evdə ailə üzvlərim və ya qeyriləri tərəfindən incidilməmişəm, döyülməmişəm, ləyaqətim alçaldılmayıb. Mənə qarşı heç bir hədə-qorxu gəlinməyib. İntim görüntülərim olan videonu yayacağı ilə bağlı məni Ruslan da hədələməyib".

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 450 saat ictimai işlər cəzasına məhkum edilib.

14.12.2023 09:23
2464