Azərbaycanda narkotik qəbul edən iki gənc öldü

Xırdalanda son günlərdə 2 nəfər narkotik vasitənin təsirindən ölüb.

Musavat.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, Xırdalan şəhəri “Mexkalon” yaşayış massivində 33 yaşlı V.Əsədov qəbul etdiyi narkotikin təsirindən vəfat edib.

Bundan 3 gün əvvəl isə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində 1996-cı il təvəllüdlü R.Nəsirov narkotik vasitənin təsiri nəticəsində həyatını itirib.

Hər iki ölüm faktı ilə əlaqədar araşdırma aparılır.

20.09.2022 12:24
866