Azərbaycanda nağd pul mərkəzi yaradılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni "Cash Center" nağd pul mərkəzini yaradılmasını planlaşdırır.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: "Yeni yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq".

20.02.2023 13:25
477