"Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əmək haqlarınını yeni mexanizm əsasında diferensial olaraq artırılması təklif olunub".
Musavat.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasnda millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, bununla bağlı ötən il Elm və Təsil Nazirliyinə müraciət də ünvanlayıb:
"Milli Məclisdə müzakirələr zamanı da bu məsələ qaldırılıb. Məqsəd 80 faizdən yüksək bal yığmış müəllimlərin maaşlarında 35 faiz artıma nail olmaqdır. Çünki mövcud qaydalara əsasən 51 bal yığmış müəllimin əmək haqqısı 35 faiz, 50 bal yığmış müəllimin isə 10 faiz artır.
Beynəlxalq qiymətləndirmə sisteminə əsasən, 80 faizdən çox bal toplamış müəllimlərdə vahid qiymətləndirmə balları tətbiq olunur. 80 faiz 48 bal olduğuna görə, biz 51 balı deyil, məhz 48 balı əsas kimi götürülməsini təklif etmişik. 48 balan az bal yığmış müəllimlər üçün isə diferensial artımlar təklif edilib".