Azərbaycanda müəllim qəfil vəfat etdi - FOTO

Zərdabda müəllim vəfat edib.

Musavat.com xəbər verir ki, Zərdab şəhər 3 saylı tam orta məktəbin Tarix müəllimi olan Zamiq Abduləziz oğlu Xəlilov bu gün vəfat edib.

Onun qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhumun üç övladı var.

07.04.2024 13:51
1192