Azərbaycanda məşhur müğənni və prodüseri həbs oluna bilər - MƏHKƏMƏ

Müğənni Ziba Osmanova və prodüseri Kənan Məmmədov məhkəməyə verilib.

Məlumata görə, onların barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət olunub.

Müğənni və prodüserinə Cinayət Məcəlləsinin 147-ci maddəsi ittiham edilərək həbs olunmaları tələb olunur.

Şikayətə Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən maddədə deyilir: Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.//İqtisadiyyat.az

15.12.2023 19:57
5471