Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar zamanı ətraf mühitə böyük ziyan dəyib.
Musavat.com xəbər verir ki, Şabran və Qubanın kəndlərini əhatə edən meşə yanğınları həm sakinlərin mülkləri, həm də onlara məxsus təsərrüfatlar ziyan görüb.
Bundan əlavə yanğın baş verən ərazilərdən təxliyyə edilməyən heyvanlar da ölüb. "Ecofront" səhifəsinin yaydığı görüntülərdə bir sıra heyvanların yanğınların qurbanı olması öz əksini tapıb.