Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - YENİLƏNİB

Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.

Qurumdan baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə açıqlamada qeyd olunur.

***

Hacıqabulda 6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.

Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

21.05.2024 19:57
2081