Gəncədə ölümlə nəticələnən yol qəzası olub.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Atatürk prospektində yol kənarı ilə hərəkət edən 1974-cü il təvəllüdlü Əkbərov Vüsal adlı piyada avtomobil tərəfindən vurulub.
Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anı yaxınlıqda olan müşahidə kamerasına yansıyıb. Görüntüləri təqdim edirik:
Musavat.com