Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər...

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.

Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.

Onlara tibbi yardım göstərilir./APA

23.02.2025 13:16
678