Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Musavat.com-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı