İqtidar da eynidi – o da müxalifətə “iqnor” qoyub, liderlərin soyadını ruslaşdırır; onları siyasi tərəf olaraq tanımır; məhv etməyə çalışır; amma o da son məqsədinə çata bilmir.
Çağ dişi bir mühit. Ağ qara, zəif düşürülmüş, yardıma, əllə yedizdirilməyə, himayəyə möhtac qəzetlər, işğal olunmuş efir, partiyalı jurnalistlər... Gəldiyimiz nöqtə bu. Vahimdir, dözülməzdir, qorxuludur...
"Mənim üçün xəyanət doğru bildiyimi etməməkdi, nədənsə çəkinib, haqq bildiyimdən geri durmaqdı; 24 illik qəzetimi, qəzetçiliyi tərk etməkdi, ölkəmi, bu dəhşətli, lakin mənə möhtac mühiti başına buraxaraq, qaçıb getməkdi" |
***Bu mühiti yarmağa, dəyişməyə, normal, standartlara uyğun bir media nümunəsi ortaya qoymağa doğru atılan hər addım bütün dəfələrdə mənəvi terrora mərz qalır. Təbii ehtiyaclarını necə gəldi, harda gəldi ödəyən (şəhərin xəlbət, qaranlıq bucaqlarına pəşov da daxil), burnunun çirkini ağzına çəkib, küçəyə tüpürən, onun üstündən ayağını basmağı yüksək mədəniyyət nümunəsi hesab edən, gerzəkalılıq sifətinə yazılı “ictimai”, “radikal” müşahidəçilər, reaksionerlər, tərəfdar dəstəsi; “yeganə radikal lider”in “fədakarları”...
***
"Ölkəmiz unikaldır; burada Allahı, kitabı, ədəb-ərkanı, milli dəyərləri, mentaliteti, ... tanımayanlar və ən dəhşətlisi, cəmiyyətdə daha çox bu sifətlə tanınanlar səni mühakimə edirlər, irad tuturlar, çımxırır, çirkab atırlar, üstünə gəlirlər, hədəf göstərirlər..." |
24 ildir qəzetçilikdə yol gəlirik; bir neçə ictimai-siyasi (iqtisadi) formasiya dəyişib bu müddətdə. Bəs, neçə iqtidar, neçə prezident, baş nazir, nazirlər yola salmışıq... ”Yeni Müsavat”a rəhbərlik etdiyim müddətdə ölkəyə başçılıq edənləri sayaq: Ə. Vəzirov, A. Mütəllibov, Y. Məmmədov, İ. Qəmbər, Ə. Elçibəy, H. Əliyev, İ. Əliyev...
***
24 il qəzetçi qalmaq, sözlə qalmaq, heç yana getməmək, yazdığına görə iki dəfə türmədə oturmaq, dəyişən və sərtləşən şərtlərdə və formasiyalarda hər zaman mərkəzdə olmaq sadə bir şey deyil... Azərbaycan şərtlərində, müharibə illəri də daxil, bəzi hallarda kültürsüz, məlumatsız, gerizəkalı, həsədçi bir qrupun səni sevən auditoriyaya, bütün millətə özün haqda bağırtısını eşidə-eşidə yol getmək, yazı yazmaq, qarşındakı iqtidarın da, müxalifətin də qəzəbini üstünə çəkib qəzet və övlad, ailə saxlamaq...
Ölkəmiz unikaldır; burada Allahı, kitabı, ədəb-ərkanı, milli dəyərləri, mentaliteti, ... tanımayanlar və ən dəhşətlisi, cəmiyyətdə daha çox bu sifətlə tanınanlar səni mühakimə edirlər, irad tuturlar, çımxırır, çirkab atırlar, üstünə gəlirlər, hədəf göstərirlər...
***
Bütün bunlara rəğmən iddiamız və məqsədlərimiz dəyişməyib. Enində-sonunda müvəffəq olacağıq. Mənim üçün xəyanət doğru bildiyimi etməməkdi, nədənsə çəkinib, haqq bildiyimdən geri durmaqdı; 24 illik qəzetimi, qəzetçiliyi tərk etməkdi, ölkəmi, bu dəhşətli, lakin mənə möhtac mühiti başına buraxaraq, qaçıb getməkdi. Nə etdiyimi, niyə etdiyimi, yaranmış bu lənətlik status-kvonu necə dəyişəyimi məndən yaxşı kim biləsidir ki....
***
Bu yazının sonunda fəaliyyətini ümid, bəzən də heyranlıqla izlədiyim gənc bir liderin bugünlərdə mənə yazdığı mesajı oxucularımla paylaşıram. Gənc lider yazır:
“Bizim liderlik professorumuz deyirdi ki, bəzən status-kvonu dəyişdirəndə sizə çox güclü müqavimət olacaq, danlanacaqsınız, tənqidlərə məruz qalacaqsınız, insanlar sizi ittiham edəcəklər. Deyir ki, bu o deməkdir ki, futbol meydanında top sizdədir ki, sizə hücum edirlər. Sizə hücum edilməyini istəmirsinizsə, gedin oturun tamaşaçılar skamyasında, oradan topa sahib olub, qol vuran adamları siz də tənqid edin”.
***
Daha sonra isə öz məsləhətini yazır: “Məncə, siz topa sahib olmaq və qol vurmaq haqqında düşünün, stadionda kimin nə deyəcəyini yox...
***
Mənim də zatən işim bu. Bu yazı da, hesab edirəm ki, “qol”larımdan biridir...