Azərbaycanda iyulun 1-dən işığın qiyməti qalxacaq? - Tarif Şurasından CAVAB

İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tariflərinin artırılacağı iddia olunur.

Musavat.com Pravda.az-a istinadla xəbər verir ki, "Azərişıq" ASC-nin bununla bağlı Tarif Şurasına müraciət etdiyi qeyd edilir.

Tarif Şurasından isə bildirilib ki, Şuraya elektrik enerjisinin tariflərinin artırılması ilə əlaqədar müraciət daxil olmayıb.

26.06.2024 17:45
16039