Azərbaycanda iti maşının arxasına bağlayıb sürüdülər - VİDEO

İti idarə etdiyi avtomobilin arxasına bağlayıb sürüyən sürücünün hərəkəti hiddətə səbəb olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülər Gədəbəydə qeydə alınıb.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılıb, iti sürüyən şəxsin kimliyi müəyyən edilərək şöbəyə dəvət olunub, profilaktiki söhbət aparılaraq barəsində inzibati protokol tərtib edilib.

06.07.2024 18:41
781